YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fuad Hüseynov: Azərbaycan dövləti məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması üçün ardıcıl olaraq tədbirlər həyata keçirir

«Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma yurdlarından məcburi köçkün vəziyyətinə düşmüş insanların bütün problemlərinin həllini Azərbaycan hökuməti öz üzərinə götürüb. Qaçqınların və məcburi köçkünlərin məşğulluq, təhsil, yaşayış, tibbi, sosial təminatı ilə əlaqədar hərtərəfli tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Prezidentinin Sərəncamı ilə Dövlət Proqramı və ona Əlavələr təsdiq edilib». Bu fikirləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri  üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.

F.Hüseynov bildirib ki, Azərbaycan hökuməti tərəfindən indiyədək məcburi köçkünlər üçün bütün sosial-texniki infrastruktura malik 95 yaşayış kompleksi salınıb, 50 min ailənin və ya 250 min nəfərdən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

«Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün son 23 ildə təxminən 6 milyard ABŞ dollarından çox vəsait sərf olunub. Ermənistanın təcavüzkar siyasəti nəticəsində münaqişə həll olunmadığından bu gün on millərlə soydaşımız hələ də yataqxanalarda, tikintisi yarımçıq qalmış binalarda ağır şəraitdə yaşayırlar. Onların mənzil problemlərinin həlli istiqamətində Azərbaycan dövləti mərhələli şəkildə tədbirlər həyata keçirir»- F.Hüseynov vurğulayıb.