YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ATƏT-in yeni sədri: ATƏT məkanında münaqişələrin nizamlanması üçün dialoq daha da gücləndirilməlidir

Yanvarın 12-də Vyanada ATƏT-in Daimi Şurasının xüsusi iclasında təşkilatın fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastian Kurtsun inauqurasiya mərasimi keçirilib. Tədbirdə S.Kurts ölkəsinin sədrlik dövrü üçün fəaliyyət proqramı və prioritet istiqamətləri barədə çıxış edib.

Yeni sədr çıxışında ölkəsinin sədrlik dövründə əsas hədəfləri arasında ATƏT məkanında böhran və münaqişələrin nizamlanması, qarşılıqlı etimadın bərpası, getdikcə güclənməkdə olan radikallaşmaya və ekstremizmə qarşı mübarizəyə xüsusi diqqət ayrılacağını qeyd edib. ATƏT məkanında həll olunmamış münaqişələrə toxunan S.Kurts bu münaqişələrin hərbi yolla həlli olmadığını ifadə edib və münaqişə tərəfləri arasında dialoqun daha da gücləndirilməli olduğunu bildirib.

İstanbul, Berlin və Parisdə baş verən terror aktlarına diqqət çəkən yeni sədr terrorla mübarizənin təkcə terrorçulara qarşı hərbi əməliyyatlarla məhdudlaşmadığını vurğulayıb və ATƏT məkanında bu istiqamətdə profilaktik və maarifləndirici tədbirlərin, eləcə də radikallaşmanın önünü alan fəaliyyətlərin gücləndirilməli olduğunu qeyd edib.

S.Kurts, həmçinin bildirib ki, ölkəsinin təşkilata sədrlik edəcəyi il ərzində iqtisadi və ətraf mühit, kibertəhlükəsizlik, insan haqları və media azadlığı, siyasi və hərbi sahədə strukturlaşmış dialoq və digər sahələrdə konfrans və toplantılar da təşkil olunacaqdır.