YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: Cəmiyyətdə mövcud olan zorakılıq hallarının qarşısının alınması istiqamətində dövlət tərəfindən müvafiq layihələr həyata keçirilir

«Cəmiyyətdə mövcud olan zorakılıq hallarının qarşısının alınması istiqamətində dövlət tərəfindən müvafiq layihələr həyata keçirilir». Bu fikri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də qadınlara qarşı zorakılıqla mübarizə aktual problemlərindən biri olaraq qalmaqdadır. Onun sözlərinə görə, bu problemin qarşısının alınması məqsədi ilə ölkəmizdə qanunvericilik bazası təkmilləşdirilib, yeni qanunlar, dövlət proqramları hazırlanıb.

«Dövlət Komitəsi tərəfindən “Qadın hüquqları üzrə bələdçi” kitabı, “Azərbaycan Respublikasında Məişət Zorakılığının Qarşısının Alınmasına dair Qanunvericilik Toplusu” metodiki vəsait, “Məişət zorakılığı: 50 sual - 50 cavab” adlı kitabçalar hazırlanaraq paylanılıb. Eyni zamanda, bu istiqamətdə maarifləndirici tədbirlər mütəmadi olaraq davam etdirilir. Bir çox bölgələrdə Qadın Resurs Mərkəzləri fəaliyyət göstərir, treninq və seminarlar keçirilir. Bütün bunlar problemin aradan qaldırılmasına müsbət təsir göstərir»- deyə, Komitə sədri vurğulayıb.