YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Məmmədov: Aparılan islahatlar ölkədə sahibkarlığın inkişafına yeni impuls verib

«2016-cı ildə respublikamızda sahibkarlıq subyektlərinin istehsal imkanlarının artırılması məqsədilə həyata keçirilən genişməzmunlu islahatlar özəl sektorun investisiya cəlbediciliyinin artmasına, sahibkarların yeni ideyalarını həyata keçirmələrinə və onların maddi imkanlarını daha da artırmalarına əlverişli iqtisadi mühit formalaşdırır». Bu fikri Milli Məclisin deputatı İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, ölkədə yaranmış yeni şəraitdə biznes mühitinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vergi bazasının genişləndirilməsi yolu ilə sahibkarların vergi yükünün azaldılması, gömrük rəsmiləşdirilməsinin və bütün idxal-ixrac əməliyyatlarının tam şəffaf aparılması xüsusi aktuallıq kəsb edir.

 «Prezident İlham Əliyevin siyasi iradəsi əsasında sahibkarlıq subyektlərində yoxlamalar 2 il müddətinə dayandırılıb, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, lisenziyalar müddətsiz müəyyən edilib, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılıb, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsinə və “Elektron lisenziya” portalının yaradılmasına başlanılıb. Ötən  ilin əvvəlindən bəri aparılan islahatlar ölkədə sahibkarlığın inkişafına yeni impuls verib. Çoxminli sahibkarlar ordusu dövlətin göstərdiyi hərtərəfli qayğıdan ruhlanaraq yeni şəraitdə ölkədə iqtisadi fəallığın artmasına öz töhfələrini vermək əzmi nümayiş etdirirlər. Sahibkarlar dövlət başçısından gələn təşəbbüsləri dəstəkləyərək yeni istehsal müəssisələrinin yaradılmasına fəal şəkildə investisiyalar yönəldirlər»- deyə, deputat qeyd edib.