YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın KİV rəhbərləri Türkiyə Xarici İşlər Nazirliyində olublar

Ankarada səfərdə olan Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri dekabrın 15-də Türkiyə Xarici İşlər Nazirliyində görüşlər keçiriblər. Nazirliyin Orta Asiya və Cənubi Qafqaz departamentində keçirilən görüşdə Gökhan Turan qurumun fəaliyyəti, həmçinin Türkiyə və Azərbaycan dövlətlərinin müştərək maraq dairəsində olan məsələlər barədə danışıb.

Nümayəndə heyətinin rəhbəri, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli KİV təmsilçilərinin Ankaraya səfərinin məqsədi, həmçinin Azərbaycanda kütləvi informasiya vasitələrinin durumu və rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib.

Gökhan Turan Azərbaycan KİV təmsilçilərini maraqlandıran sualları cavablandırıb.

Bununla da Azərbaycan nümayəndə heyətinin Ankaraya səfəri başa çatıb.

Xatırladaq ki, KİV təmsilçilərinin səfər proqramı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə həyata keçirilib.

Nümayəndə heyətinə Fondun icraçı direktoru Vüqar Səfərli, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev, o cümlədən ölkəmizin aparıcı KİV rəhbərləri daxil idi.

Dekabrın 10-dan 16-dək davam edən səfər çərçivəsində Türkiyənin dövlət və media qurumlarında, informasiya məsələlərinə məsul olan təşkilatlarında görüşlər keçirilib.