YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhliman Əmiraslanov: Büdcədə səhiyyə xərcləri ölkəmizdə əhaliyə tibbi xidmətin stabil vəziyyətdə saxlanılmasına imkan yaradacaq

«Gələn ilin dövlət büdcəsinin sosial yönümlülüyü və sosial xərclərin xüsusi çəkisinin büdcədə 40,3 faiz təşkil etməsi Prezident İlham Əliyevin bu sahəyə diqqətinin və qayğısının bariz nümunəsidir». Bu fikri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Ə.Əmiraslanov bildirib ki, bütövlükdə dünya iqtisadiyyatında mənfi meyilli proseslər artıq bir neçə ildir gedir. Şübhəsiz, bu proseslər ölkəmizin iqtisadiyyatından da yan keçə bilməz.

«Enerji daşıyıcılarının qiymətinin kəskin surətdə azalması, dollarlaşma və digər mənfi hallar dünyada davam edir. Amma Azərbaycan hökuməti bu mənfi halların ölkəmizə təsirini azaltmaq üçün sistemli işlər görür. Xüsusilə təqdirəlayiq haldır ki, sosial proqramlar uğurla davam edir. O cümlədən səhiyyə xərcləri gələn ilin büdcəsində builki səviyyədə saxlanılıb və bu, ölkəmizdə əhaliyə tibbi xidmətin stabil vəziyyətdə saxlanılmasına imkan yaradacaq»- deyə, komitə sədri vurğulayıb.