YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyad Səmədzadə: Azərbaycanın iqtisadi qüdrətinin artmasında, ölkəmizin sosialyönümlü problemlərinin həllində dövlət büdcəsi müstəsna rol oynayıb

«Hər il olduğu kimi, bu il də dövlət büdcəsinin müzakirəsi cəmiyyətin diqqət mərkəzindədir. Azərbaycanın iqtisadi qüdrətinin artmasında, ölkəmizin sosialyönümlü problemlərinin həllində dövlət büdcəsi müstəsna rol oynayıb». Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, məhz büdcə sistemi vasitəsilə reallaşdırılan layihələr Azərbaycanın iqtisadi gücünün artmasına, onun beynəlxalq aləmdəki mövqeyinin formalaşmasına təsir edib.

«Son illər dünyada baş verən iqtisadi sarsıntılar hər bir ölkənin iqtisadiyyatına təsir edir. Bu, eyni zamanda, aparılan siyasətdə müəyyən dəyişmələri də ehtiva edir. Son illər dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar neft iqtisadiyyatı üstün olan ölkələrdə büdcədə azalmalar müşahidə edilir. Əlbəttə ki, Azərbaycan da bu təsirlərdən kənarda qalmayıb. Lakin uzun illər ərzində aparılan düşünülmüş siyasət bu təsirlərin minimuma endirilməsini təmin edib»- deyə, komitə sədri vurğulayıb.