YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İrina Bokova: “Bakı prosesi” UNESCO üçün mayak rolunu oynayır

“Bakı prosesi” UNESCO üçün mayak rolunu oynayır.

Bu fikri AZƏRTAC-a müsahibəsində UNESCO-nun baş direktoru İrina Bokova söyləyib.

O bildirib ki, ilk dövrlərdən etibarən UNESCO digər tərəfdaşları ilə BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, BMT-nin Dünya Turizm Təşkilatı, ictimai cəmiyyətlərlə, eləcə də dövlətlərlə əməkdaşlıq edir. Bu gün dünyada baş verən dözümsüzlüyün, zorakılığın, ekstremizmin artması, mədəni və tarixi irsin məhv edilməsi, humanitar böhran böyük narahatçılıq doğurur.

Bu gün mədəni müxtəliflik üzrə tədrislərin təşkilinə, mədəniyyət sahəsində təcrübələrin, dinlər və mədəniyyətlərarası dialoqun təşviqinə və başqa mədəniyyətlərə hörmətlə yanaşmağa ehtiyacımız var.

Azərbaycanın mədəniyyət və turizm nazirinin iştirakı ilə keçirilən toplantıda Bakı Forumuna hazırlıq məsələlərindən söz açıldığını bildirən İrina Bokova, həmçinin mədəni irsin dağıdılması məsələsinə də diqqət çəkildiyini söyləyib.

UNESCO-nun baş direktoru Bakı Forumundan və “Bakı prosesi”ndən böyük gözləntiləri olduğunu vurğulayıb.