YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Silahlı Qüvvələrində “NATO günləri” davam edir

NATO-nun Müttəfiq Transformasiya Komandanlığının Ekspert Qrupu tərəfindən Silahlı Qüvvələrdə keçirilən "NATO günləri" çərçivəsində general-mayor Odd Egil Pedersenin rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə nümayəndə heyətinə Azərbaycan-NATO hərbi əməkdaşlığı, NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramının Silahlı Qüvvələrimizdə tətbiqi və ölkəmizin NATO-nun həyata keçirdiyi sülhməramlı əməliyyatlara töhfəsi ilə bağlı məlumat verilib. Həmçinin NATO ilə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Görüşdə regional təhlükəsizlik məsələləri də NATO nümayəndə heyətinin diqqətinə çatdırılıb.

Silahlı Qüvvələrdə “NATO günləri” çərçivəsində nümayəndə heyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini ziyarət edib. Ziyarət zamanı hərbi məktəbin komandanlığı ilə görüş keçirilib. Görüşdə hərbi təhsil müəssisəsinin yaranma tarixi, təlim-tədris prosesi və fəaliyyətlərinə dair ətraflı brifinq təqdim edilib.

Nümayəndə heyəti hərbi təhsil ocağının kafedralarındakı tədris vəsaiti, maddi-texniki vasitələr və digər hərbi təyinatlı avadanlıqla yaxından tanış olub.

Qonaqlara müxtəlif ixtisas fakültələrinin döyüş texnikası və təlim trenajorları, atıcı silahlar və digər hərbi təyinatlı vasitələr barədə ətraflı məlumat verilib.