YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Yeni qanun layihəsi dövlətin turizm sahəsinin inkişafı ilə bağlı apardığı siyasəti dəstəkləyir

«Turizm haqqında» qanun layihəsi Azərbaycanda  turizm  sahəsində  dövlət  tənzimlənməsi,  turizmin dövlət  idarəetməsi və nəzarəti,  turizm  fəaliyyətinin təşkili, sığorta və məlumatlandırma  məsələləri  üzrə münasibətləri  tənzimləmək məqsədi  ilə hazırlanıb. Bu fikri Milli Məclisin Əmək və  sosial  siyasət  komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, sənəd  ölkə başçısının turizm sahəsinin inkişafı ilə bağlı apardığı siyasəti dəstəkləyir. Onun sözlərinə görə, 8 fəsil, 93 maddədən ibarət olan qanun layihəsində turizm sahəsi ilə bağlı əsas anlayışlar, görüləcək tədbirlər  öz əksini  tapıb.

«Qanun layihəsinə əsasən, turizm infrastrukturu subyektlərinin işçiləri həmin təşkilatların daxili qaydalarına əsasən əmək və icra intizamını, o cümlədən xidmət göstərmə qaydalarını və tələblərini pozduqlarına görə intizam məsuliyyətinə cəlb olunacaqlar. Bu günlərdə bu sənəd komitəmizdə müzakirə olundu. Qanun layihəsinin müəyyən qədər təkmilləşdirilməsinə ehtiyac var. Bu iş başa çatdıqdan sonra sənəd yenidən müzakirəyə çıxarılacaq»- deyə, komitə sədri vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv