YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Bayramov: Ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı konkret hədəflər müəyyənləşdirilib

«Ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı konkret hədəflər müəyyənləşdirilib». Bu fikri yap.org.az saytına İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib.

V.Bayramov bildirib ki, iqtisadi diversifikasiya hər zaman dövlət başçısının diqqətində olub. Onun sözlərinə görə, Prezident İlham Əliyev neftdən kənar iqtisadiyyatın formalaşdırılması və inkişaf etdirilməsinə dair mühüm qərarlar verib.

«Ölkəmizdə sənaye, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları  inkişaf edir. Dövlət başçısı bu sahələrin daha sürətlə inkişaf etdirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib. Bütün bunlar  ölkəmizin dayanıqlı inkişafını özündə birləşdirən strateji hədəflərin əsasını təşkil edir. Qeyri-neft sektorunda mövcud artım tempinin davam etməsi, aparılan iqtisadi islahatlar yaxın zamanlarda Azərbaycanda neftdən kənar və dayanıqlı inkişaf edən şaxələnmiş iqtisadiyyatın tam formalaşmasına imkan verəcək. Bununla da neft ölkəsi olan Azərbaycan iqtisadiyyatda qeyri-neft sektorunun dominant mövqeyə yüksəldiyi ölkəyə çevriləcək»- deyə, iqtisadçı-ekspert qeyd edib.