YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Azərbaycanda əczaçılıq sənayesinin yaradılması əhalini keyfiyyətli dərman məhsulları ilə təmin edəcək

«Azərbaycanda səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən biridir. Mühüm Dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, vətəndaşların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması bu sahədə dövlət siyasətinin əsas prioritetlərini təşkil edir». Bu fikirləri yap.org.az saytına Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, dövlət başçısı İlham Əliyev tərəfindən dərman istehsal edən yerli müəssisələrin yaradılması vəzifəsi qarşıya qoyulub. Onun sözlərinə görə,  artıq bu yöndə praktiki addımlar atılmaqdadır.

«Belə ki, bu yaxınlarda  Pirallahı Sənaye Parkında əczaçılıq zavodunun təməli qoyulub. Bu müəssisə  Azərbaycanda əczaçılıq sənayesinin inkişafında və məşğulluğun təmin olunmasında əhəmiyyətli rol oynamaqla, yerli istehsal hesabına əhalini keyfiyyətli dərman məhsulları ilə təmin edəcək, bu sahədə idxaldan asılılığı azaldacaq və ixrac potensialını artıracaq. Eyni zamanda, bu, yeni iş yerlərinin  yaradılması deməkdir. Ümumiyyətlə, ölkəmizdə dərman istehsalı üçün böyük potensial mövcuddur. Bunun üçün kifayət qədər xammal bazası var. Çünki Azərbaycan dərman bitkiləri ilə zəngin ölkədir və hazırda bu bitkilərdən təyinatı üzrə istifadə olunmur. Nəzərə alınsa ki, dünyada keyfiyyət baxımından ən qiymətli dərmanlar bitki tərkibli dərmanlar hesab olunur, onda bu potensialdan səmərəli istifadə edilməsinin nə qədər mühüm olduğu bir daha ortaya çıxır. Təbii ki, yerli müəssisələr fəaliyyətə başladıqdan sonra onlar bu zəngin xammal bazasından yararlanacaqlar»- deyə, M.Quliyev vurğulayıb.