YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Pambıqçılığın inkişafı istiqamətində atılan addımlar müsbət nəticələr verməkdədir

«Bu gün pambıqçılığın inkişafı xüsusi diqqət mərkəzindədir. Bir müdət öncə cənab Prezidentin sədrliyi ilə Sabirabad rayonunda pambıqçılığın inkişafına həsr olunmuş respublika müşavirəsi keçirildi. Həmin müşavirədə bu sahənin inkişafı ilə əlaqədar vacib məsələlər müzakirə olundu. Artıq atılan addımlar müsbət nəticələr verməkdədir». Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, pambıq strateji məhsuldur  və böyük ixrac potensialına malikdir. Onun sözlərinə görə, pambıqçılığın inkişafı ölkəyə valyutanın gətirilməsi baxımından da çox önəmlidir.

«Bilirsiniz ki, Milli Məclis strateji kənd təsərrüfatı məhsulları haqqında qanunlar qəbul edib. Bu qanunlar da kənd təsərrüfatında inkişaf üçün hüquqi baza rolunu oynayır. Hesab edirəm ki, bütün bunlar, xüsusilə dövlət başçısını müvafiq tapşırıqları nəticəsində ölkədə aqrar sahə, o cümlədən, pambıqçılıq daha sürətlə inkişaf edəcək. Görülən işlər sayəsində Azərbaycan “ağ qızıl”ın əvvəlki şöhrətini özünə qaytara biləcək»- deyə, komitə sədri vurğulayıb.