YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Azərbaycanda və Rusiyada keçirilən bu forumlar ölkələrimiz arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə müsbət töhfə verir

 “Əlamətdar haldır ki, növbə ilə Azərbaycanda və Rusiyada keçirilən bu forumlar ölkələrimiz arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə müsbət töhfə verir, qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə şərait yaradır. Aktual məsələlərin geniş spektrini əhatə edən bu forumların iştirakçılarının nüfuzlu tərkibi və zəngin proqramları onlara yüksək marağın parlaq sübutudur. Bu da tamamilə qanunauyğundur, çünki həmin forumlar məkanında birbaşa dialoq aparılır, yeni işgüzar əlaqələr qurulur, Azərbaycan-Rusiya münasibətlərinin dərinləşdirilməsinə yönəlmiş konstruktiv təşəbbüslər və innovasiya layihələri yaranır” Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda keçirilən yeddinci Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçılarına təbrikində yer almışdır.

 

Dövlət başçımızın təbrik məktubunda daha sonra qeyd olunur ki, növbəti görüşün tam konkret gündəliyi sizə ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi yollarını cızmağa, turist axınlarının artırılması perspektivlərini müzakirə etməyə, sənaye və kənd təsərrüfatı sahələrində təcrübə mübadiləsi aparmağa, ikitərəfli əlaqələrin mədəni-humanitar tərkib hissəsinin inkişaf dinamikası barədə söhbət etməyə imkan verəcək. Hər iki ölkənin güclü iqtisadi potensiala və birgə iş sahəsində zəngin təcrübəyə malik olmasını nəzərə alaraq, gələcəkdə səylərimizi daha sıx birləşdirmək və regionlarımız arasında əməkdaşlığı daha da fəallaşdırmaq zəruridir. Qlobal böhranın bütün dünya miqyasında ciddi dəyişikliklərə gətirib çıxartdığı bugünkü mürəkkəb dövrdə bu, çox vacibdir.

“Ümidvaram ki, siz iqtisadiyyatın və investisiyaların, mədəniyyətin və təhsilin müxtəlif məsələlərinə dair mövqelərimizi uzlaşdırmağa, qarşılıqlı fəaliyyətin prioritetlərini müəyyənləşdirməyə və onun daha təsirli formalarını işləyib hazırlamağa müvəffəq olacaqsınız. Əminəm ki, budəfəki Forum konstruktiv şəraitdə keçəcək, maraqlı layihələr və məzmunlu diskussiyalarla yadda qalacaq, başlıcası isə ölkələrimizə real fayda verəcək” - məktubda belə deyilir.

DİGƏR Xəbərlər Arxiv