YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamran Bayramov: Bələdiyyələrin müəssisə və xidmət sahələri yaratmaq imkanı var və buradan gələn gəlirləri əhalinin sosial məsələlərinin həllinə yönəltmək mümkündür

«Qanunvericiliyə əsasən, bələdiyyələrin müəssisə və xidmət sahələri yaratmaq hüququ var. Həmin müəssisələrdən mənfəət vergisi alınır ki, bu da onların fəaliyyətini stimullaşdırır. 2007-2010-cu illərdə 40-dan çox bələdiyyə müəssisəsi var idi. Bu müəssisələr sırasında təmir-tikinti, məişət tullantılarının yığılması və nəqli, asfalt istehsalı, mineral su istehsalı fəaliyəti və s. var idi. Son zamanlar isə onların işi zəiflədi, çoxları fəaliyyəti dayandırdılar». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Kamran bayramov deyib.

K.Bayramov bildirib ki, hazırda məsələ ilə bağlı işlər gedir. Onun sözlərinə görə, qanunvericiliyə edilmiş son dəyişikliklərə əsasən bələdiyyələrə suvensiyaların ayrılması nəzərdə tutulur.

«Suvensiyaların dotasiyalardan fərqi odur ki, o konkret layihələr üçün nəzərdə tutulmuş vəsaitdir. Ümid edirik ki, növbəti illərdə dövlət büdcəsindən bu məqsədlə vəsait ayrılacaq. Dövlət həmin pulların təyinatı üzrə xərclənməsinə nəzarət edəcək və təyinatı üzrə xərclənməsə həmin vəsaiti geri qaytarmaq hüququ var. Mən nümunə olaraq millət vəkili seçildiyim Şəmkir rayonunun bələdiyyələrinin fəaliyyətini göstərə bilərəm. Şəmkirdə 42 bələdiyyə var və onların hər birinin müəssisələri fəaliyyət göstərir. Rayon İcra Hakimiyyəti bu işdə bələdiyyələrə yaxından dəstək göstərir. Bütövlükdə hesab edirəm ki, bələdiyyələrin müəssisə və xidmət sahələri yaratmaq imkanı var və buradan gələn gəlirləri əhalinin sosial məsələlərinin həllinə yönəltmək mümkündür»- deyə, K.Bayramov qeyd edib.