YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Azərbaycan dövləti insanların yüksək həyat şəraitində yaşaması üçün bütün lazımi addımları atır

«Azərbaycan dövləti insanların yüksək həyat şəraiti və sağlam mühitdə yaşaması üçün bütün lazımi addımları atır, dövlət proqramları reallaşdırır, qanunvericilik səviyyəsində beynəlxalq hüquq normalarını tətbiq edir». Bu fikri Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

S.Vəliyeva bildirib ki, ailə, qadın, uşaq, səhiyyə, təhsil, ümumilikdə sosial sahədə uğurlu siyasət yürüdən dövlətimiz bütün məqamlarda ən nümunəvi təcrübəni reallaşdırır. Onun sözlərinə görə, burada məqsəd  daha mükəmməl sosial-ictimai sistemin formalaşdırılmasıdır.

«Məhz, qlobal böhranın təsirlərinə baxmayaraq, cənab Prezident İlham Əliyevin göstərişilə yeni iş yerlərinin açılması, əmək haqlarının, pensiyaların, təqaüdlərin artırılması, ölkədə sosial-iqtisadi vəziyyətin daha da yüksəldilməsi üçün islahatların həyata keçirilməsi uğurlu inkişaf siyasətinin göstəriciləridir. Bir sözlə, əminliklə demək olar ki, bu gün Azərbaycan dövləti qarşısına qoyduğu hədəflərə çatır və zamanın çağırışlarına uyğun olaraq daha yeni məqsəd və vəzifələrini müəyyənləşdirir»- deyə, S.Vəliyeva qeyd edib.