YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

AŞPA-dan olan müşahidəçi: Sevindirici haldır ki, referenduma seçicilərin marağı yüksəkdir

"Ümumxalq səsverməsi ilə bağlı məntəqələrdə yaradılan şərait, veb-kameraların quraşdırılması müsbət haldır". Bunu 23 saylı Səbail dairə seçki komissiyasının 4 saylı məntəqəsində referendumu yaxından izləmiş AŞPA-dan olan müşahidəçi Sevda Gündüz bildirib.

Onun sözlərinə görə, insanların azad şəkildə öz iradələrini ifadə etmək üçün məntəqələrdə yaradılan şəraitdən narazı qalmaq üçün əsas yoxdur: "Sevindirici haldır ki, referenduma seçicilərin marağı yüksəkdir. Bu da referendum ərəfəsi insanların ümumxalq səsverməsinə çıxarılan dəyişikliklərlə bağlı geniş məlumat əldə etmələri ilə bağlıdır".