YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Astan Şahverdiyev: Konstitusiya islahatları ölkəmiz üçün böyük əhəmiyyət daşıyır

«Konstitusiya islahatları ölkəmiz üçün böyük əhəmiyyət daşıyır». Bu fikri Milli Məclisin deputatı Astan Şahverdiyev deyib.

A.Şahverdiyev bildirib ki, bu islahatlar  dövlətçiliyimizin inkişafına xidmət edir. Onun sözlərinə görə, ölkə Konstitusiyasının qəbul olunmasından bu günə qədər Azərbaycan böyük inkişaf yolu keçib.

«Konstitusiyaya təklif edilən  əlavə və dəyişikliklərin də bu inkişafın tərkib hissəsidir. Əlavə və dəyişikliklər daha səmərəli dövlət idarəçiliyi mexanizminin formalaşdırılmasını nəzərdə tutur. Bu məqsədlə vitse-prezidentlik institutunun yaradılması, prezidentlik müddətinin 7 il müəyyən edilməsi təklif olunur. Vitse-prezidentlik institutu çevik və səmərəli idarəçiliyin təmin edilməsi üçün əlverişli mexanizm kimi beynəlxalq təcrübədə də özünü doğruldub»- deyə, deputat vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv