YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Yeni Azərbaycan" təşviqat qrupu Tərtər rayonunda ilk dəfə səs verəcək gənclərlə görüş keçirib

"Yeni Azərbaycan" təşviqat qrupu sentyabrın 26-da keçiriləcək Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi (referendum) ilə əlaqədar təbliğat və təşviqat kampaniyasını davam etdirir. Kampaniya çərçivəsində növbəti görüş Tərtər rayonunda ilk dəfə səs verəcək gənclərlə keçirilib.

Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Tərtər ayon təşkilatının sədri və "Yeni Azərbaycan" təşviqat qrupunun Tərtər rayon şöbəsinin rəhbəri Ramiz Şabanov bildirib ki, ölkəmizdə keçiriləcək referendum zamanın tələbi olmaqla yanaşı, əhalinin rifah halının yüksəldilməsinə yönəlik mütərəqqi addımdır: "Referendum Aktı layihəsində öz əksini tapan hər bir dəyişiklik Azərbaycanın inkişafına, beynəlxalq aləmdə güclənməsinə, nüfuzunun daha da möhkəmləndirilməsinə xidmət edir".

Konstitusiyaya təklif edilən dəyişikliklərin ölkədə insan hüquq və azadlıqlarının konstitusion təminatının daha da gücləndirilməsinə, demokratik təsisatların fəaliyyətinin və bütövlükdə idarəetmə sisteminin təkmilləşdirilməsinə xidmət etdiyini deyən natiq gəncləri sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsində (referendum) fəal iştirak etməyə çağırıb.

Çıxış edən YAP Tərtər rayon təşkilatı Gənclər Birliyinin sədri Emin Pənahov deyib ki, ümumiyyətlə, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər zamanın və Azərbaycan xalqının tələbi olmaqla yanaşı, ölkəmizdə uğurla həyata keçirilən çoxşaxəli islahatların davamı və tərkib hissəsidir: "Bir gənc kimi tam əminliklə deyirəm ki, sentyabrın 26-da keçiriləcək səsvermə zamanı hamı bir nəfər kimi Referendum Aktına "HƏ" deyəcək və bu, növbəti dəfə Prezident İlham Əliyevə ümumxalq inamını nümayiş etdirəcək".

Tərtər rayon Hacıqərvənd kənd sakini, gənc seçici Samirə Zeynalova isə ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından bəhs edib. O, öz növbəsində gənclərimizin də hər zaman dövlətimizə sadiq olduğunu, milli maraqlarımızın keşiyində dayandığını diqqətə çatdırıb. 

Görüşdə həmçinin, Tərtər şəhər sakini, ilk dəfə səs verən gənc Nigar Məstanzadə və başqaları çıxış edərək qarşıdan gələn ümumxalq səsverməsində (referendum) yaxından iştirak edəcəklərini və öz gələcəklərinə səs verəcəklərini bildiriblər.