YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Saatlı rayonunda “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun seçicilərlə görüşü keçirilib

Saatlı rayonunda Azərbaycan Respublikasının Konstitusiyasına nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun seçicilərlə izdihamlı görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev bildirib ki, Konstitusiya  dəyişiklikləri cəmiyyətdən gələn sosial sifariş olduğu üçün xalqımız bu dəyişikliklərə yekdillikə səs verəcək.

Sonra Milli Məclisin Səhiyyə komitəsinin sədri, “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, akademik Əhliman Əmiraslanov çıxış edərək bildirib ki, Konstitusiyaya dəyişikliklər Azərbaycanda demokratik proseslərin daha da inkişaf etməsinə, insan haqlarının qorunmasına, Azərbaycanda idarəçilik sisteminin möhkəmlənməsinə yeni imkanlar açacaq: “Dünyada və regionda gedən proseslər tələb edir ki, Konstitusiyada vacib olan dəyişikliklər edilsin. Yəni 26 sentyabrda keçiriləcək referendum zərurətdən irəli gəlib. Dəyişikliklər inkişafın yeni mərhələsinə hüquqi əsaslar yaradacaq. Bu dəyişikliklərin hər biri mütərəqqi olduğu üçün xalqımızın yekdilliklə səs verəcəyinə əminəm”.

Tədbirdə çıxış edən seçicilər Konstitusiya islahatlarını dəstəklədiklərini və 26 sentyabrda səsvermədə iştirak edərək təklif edilən dəyişikliklərə səs verəcəklərini vurğulayıblar.