YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Giorgi Kvirikaşvili: Transxəzər nəqliyyat marşrutu ilə yükdaşınmalarının həcminin artırılması hamımız üçün əhəmiyyətlidir

Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili Bakıya səfərinin nəticələri ilə bağlı jurnalistlərə müsahibəsində deyib ki, Transxəzər nəqliyyat marşrutu ilə daşınacaq yüklərin həcmini artırmaq mümkündür. Bunun üçün əvvəlcə mövcud infrastruktur yenilənməli, yeni infrastruktur inşa olunmalıdır.

G.Kvirikaşvili deyib ki, nəqliyyat marşrutu ilə daşınan yüklərin həcminin artırılması iqtisadi baxımdan çox əhəmiyyətlidir: “Bakıda keçirdiyim görüşlərdə, həmçinin, nəqliyyat marşrutunun inkişafı üçün vahid tarif sisteminin tətbiqi, təhlükəsizlik və s. məsələlər barədə də ətraflı müzakirələr apardıq. Görüşlərdə qeyd olundu ki, Transxəzər beynəlxalq nəqliyyat marşrutu ilə yükdaşımalarının həcminin artırılması bizim ölkələrimiz üçün çox faydalı olacaq. Bunun üçün də biz birgə fəaliyyət göstərməliyik”.

Baş nazirin sözlərinə görə, Gürcüstan bu məsələdə də Azərbaycan ilə birgə hərəkət edəcək. Eyni zamanda, Gürcüstan bu istiqamətdə həm Çin hökuməti, həm də Hindistanla danışıqlar aparmalıdır.