YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in komitə sədri: İnkişaf strategiyası yeni dövrün tələblərinə uyğun şəkildə həyata keçirilir

«Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası uğurla həyata keçirilir və yeni dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilir». Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın inkişaf etmiş sosial dövlətə çevrilməsi vəzifəsi qarşıya qoyulub. Onun sözlərinə görə, bu yöndə ardıcıl olaraq tədbirlər həyata keçirilir.

«Cənab Prezidentin dediyi kimi biz neft kapitalını insan kapitalına çevirməliyik, neft gəlirlərini qeyri-neft sektoruna yatırmaqla ölkənin bütün regionlarının inkişafını təmin etməliyik. 2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları icra olunur və hazırda bu proqramların üçüncü mərhələsi həyata keçirilir. Dövlət proqramlarında qarşıya qoyulan məqsədlərin hamısı demək olar ki, yerinə yetirilir. Bu gün Azərbaycanın abadlaşmayan və sosial simasını dəyişməyən bölgəsi yoxdur. Biz daim yeni tikinti, sosial, mədəni və digər obyektlərin təməlinin qoyulmasının və ya açılışının şahidi oluruq»- deyə, komitə sədri vurğulayıb.