YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dilarə Cəbrayılova: Əsas məqsədlərdən biri insan kapitalının inkişaf etdirilməsidir

«Son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm  tədbirlər görülür». Bu fikri Milli Məclisin deputatı Dilarə Cəbrayılova deyib.

D.Cəbrayılova bildirib ki, dövlət başçısının qarşıya qoyduğu məqsədlərdən biri də insan kapitalının inkişaf etdirilməsidir. Onun sözlərinə görə, dünyada baş verən maliyyə-iqtisadi böhranı şəraitində Azərbaycanın öz iqtisadi dayanıqlığını qoruyub saxlaması böyük uğurdur.

«Təsadüfi deyil ki, dünyanın ən böyük iqtisadi forumu olan Davos Forumunda Azərbaycan həmişə aparıcı dövlətlərdən biri kimi çıxış edir. Qeyd edim ki, qeyri- neft sektorunda İKT-nin inkişafı xüsusilə cəlbedicidir. Bilirsiniz ki, Azərbaycan kosmik dövlətə çevrilib. Rabitə və kommunikasiya texnologiyalarının inkişafı neft sektorundan sonra ən qabaqcıl yer tutur. Bu sahə ciddi şəkildə inkişaf etməkdədir. Ümumiyyətlə, dünya iqtisadiyyatının da böyük payı bu sektorun hesabındadır. Bu mənada Azərbaycanın informasiya-kommunikasiya texnologiyalarını inkişaf etdirməkdə maraqlı olması onun iqtisadi qüdrətinin, elmi və kadr potensialının yüksək səviyyədə olmasının göstəricisidir»- deyə, D.Cəbrayılova qeyd edib.