YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akif Əlizadə: Azərbaycan elmi böyük nailiyyətlər əldə edir

«Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasət elm sahəsində də uğurlu nəticələr verir. Azərbaycan elmi son illər böyük nailiyyətlər əldə edir». Bu fikirləri AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib.

A.Əlizadə bildirib ki, müasir dünyada elmin, təhsilin rolu əvəzolunmazdır. Onun sözlərinə görə, ölkəmizdə bu sahələrə xüsusi diqqət və qayğı göstərilir.

«Müasir dünyada elm sürətlə inkişaf edir. Elmin inkişafı artıq yeni mərhələyə qədəm qoyub. Respublikamızda da elmi potensialın inkişafı mühüm prioritetlərdən biridir»- deyə, AMEA prezidenti vurğulayıb.