YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağacan Abiyev: Bu dəfəki Yay Olimpiya Oyunlarında medallarımızın sayının artması qanunauyğunluqdur

«Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının nəticələri ölkəmiz üçün uğurlu oldu. Bu Olimpiya Oyunlarında əvvəlki olimpiyada ilə müqayisədə daha çox medal qazandıq. Hər Olimpiya Oyunları zamanı medallarımızın sayı dinamika ilə artır. Bu baxımdan bu dəfəki Yay Olimpiya Oyunlarında medallarımızın sayının artması təbii qanunauyğunluqdur». Bu fikri Milli Məclisin deputatı Ağacan Abiyev deyib.

A.Abiyev bildirib ki, dövlət tərəfindən idmana göstərilən xüsusi diqqət və qayğının məntiqi nəticəsidir ki, Azərbaycanın beynəlxalq idman yarışlarında əldə etdiyi göstəricilər ildən-ilə daha da yaxşılaşır. Onun sözlərinə görə, XXXI Yay Olimpiya Oyunlarında 56 idmançı ilə təmsil olunan ölkəmizin 18 medal qazanması yüksək göstəricidir.

«Təbii ki, qazanılan bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin idmana və idmançılara göstərdiyi xüsusi diqqətin nəticəsidir. Cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçiləndən sonra    Azərbaycanda idmanın inkişafında yeni mərhələ başladı. Bu istiqamətdə görülən ardıcıl və səmərəli tədbirlər Azərbaycan idmanının inkişafını şərtləndirən əsas amillərdən biri oldu. Bu gün Azərbaycan dünyada nüfuzlu idman ölkəsi kimi tanınır. Azərbaycanın idman müstəvisində beynəlxalq nüfuzu güclənməkdə və bu istiqamətdə beynəlxalq aləmdə ölkəmizin uğurları artmaqdadır. Bu gün dünyada qısa müddətdə güclü idman infrastrukturu yaratmağın, Olimpiya hərəkatının öncül ölkələrindən birinə çevrilməyin sayəsində bu kontekstdə inkişafın Azərbaycan modeli formalaşdırılıb. Ümumilikdə isə, Azərbaycan Avropanın müasir infrastruktura malik lider idman ölkələrindən biridir və əminliklə demək olar ki, aparılan dövlət siyasəti sayəsində ölkəmiz bu mövqeyini bundan sonra da qoruyacaq. Bütün bunların məntiqi nəticəsi olaraq Azərbaycan idmançılarının gələcək beynəlxalq yarışlarda uğurlarının da da artacağı və üçrəngli bayrağımızın yüksək zirvələrdə dalğalanacağı şübhəsizdir»- deyə, A.Abiyev vurğulayıb.