YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məzahir Pənahov: Referendum Azərbaycan tarixinə xüsusi hərflərlə yazılacaq

«26 sentyabrda ölkəmizdə keçiriləcək referendum Azərbaycan tarixinə xüsusi hərflərlə yazılacaq». Bu fikri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

M.Pənahov bildirib ki, MSK mütəmadi olaraq maarifləndirmə tədbirləri keçirir. Onun sözlərinə görə, seçki komissiyaları üçün keçirilən  seminar-müşavirələr, treninqlər özünün əhəmiyyətliliyi ilə seçilir.

«Bu kimi seminar-müşavirələr referendumun keçirilməsində xüsusi rola malik olacaq. Bütün seçkilər Azərbaycanın inkişafına, stabilliyinə töhfə olmaqla yanaşı hansı çətinliklərin mövcud olduğuna və onların həllinə də yardımçı olacaq. Dünyanın hər bir ölkəsinə Azərbaycandakı inkişaf nümunə sayıla bilər. Dövlətimizin bütün sahələrində inkişaf var»- deyə, MSK sədri vurğulayıb.