YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatı dəstəyi ilə “Multikulturalizmin Azərbaycan modeli” layihəsinə start verilib

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatı dəstəyi ilə “Multikulturalizmin Azərbaycan modeli” layihəsinə start verilib.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Nicat Nağıyev gənclərimizə multikulturalizmin əhəmiyyəti barədə məlumat verib. O, layihə çərçivəsində Azərbaycanın multikulturalizm siyasətinin nailiyyətlərinin, ölkəmizin dünyada tolerantlıq nümunəsi olmasının təbliği ilə bağlı görüləcək işlərdən danışıb. Qeyd edib ki, layihənin yekununda “Multikulturalizmin Azərbaycan modeli” adlı videoçarx hazırlanacaq.

Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidmətinin əməkdaşı Sərraf Hüseynov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edildiyini deyib. O, ölkəmizdə tarixən mövcud olan multikulturalizmin təbliği istiqamətində Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlərdən danışıb.

Layihə çərçivəsində keçirilən seminarlarda 50-dən çox tələbə və media nümayəndəsi iştirak edib.