YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Məsimli: İqtisadi sektorda ardıcıl islahatların davam etdirilməsi müəyyən olunmuş hədəflərə çatmağa imkan verəcək

«Hazırki şəraitdə qeyri-neft sektorunun inkişafı başlıca hədəflərdən biridir». Bu fikri Milli Məclisin deputatı Əli Məsimli deyib.

Ə.məsimli bildirib ki, dünyada neftin qiymtəinin kəskin aşağı düşməsi bu məsələni olduqca aktual edir. Onun sözlərinə görə, Azərbaycan dünyanın bir parçası olduğu üçün dünyada və regionda baş verən proseslər ölkəmizə təsirsiz ötüşmür.

«Bu təsirlərin mənfi fəsadlarından sığortalanmaq üçün Prezident İlham Əliyev tərəfindən hökumət qarşısında müvafiq vəziflər qoyulub. Hazırda ölkəmizdə islahatların yeni mərhələsi davam edir. Sosial-iqtisadi islahatların mütəmadi qaydada həyata keçirilməsi, həmçinin digər bu kimi tədbirlər Azərbaycanın inkişafını təmin etməklə yanaşı, perspektiv tərəqqinin əsaslarını formalaşdırır. Şübhəsiz, yeni mərhələdə iqtisadi sektorda ardıcıl islahatların davam etdirilməsi müəyyən olunmuş hədəflərə çatmağa imkan verəcək. Əlbəttə, ötən dövr ərzində qeyri-neft sektorunun inkişaf etdirilməsi, paytaxtda və regionlarda sosial və iqtisadi infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün tam şərait yaradır»- deyə, Ə.Məsimli qeyd edib.