YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xətai rayon təşkilatınınfəalları referendumla bağlı imzatoplama kampaniyasını yüksək fəallıq şəraitində keçirirlər

Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan Respublikasının Konstitusiyasında  dəyişikliklər edilməsi  məqsədilə  ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında Sərəncamına əsasən sentyabrın 26-da referendum keçiriləcək. Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklər ümumxalq səsverməsinə çıxarılacaq, hər bir Azərbaycan vətəndaşı öz seçim hüququndan istifadə edərək münasibətini bildirəcək.

YAP Xətai rayon təşkilatının aparat rəhbəri Mayıl Kərimov təşkilat fəallarının imzatoplama   kampaniyasında xüsusi fəallıq göstərdiklərini bildirdi. Qeyd etdi ki, bu da onların  reallıqların içərisində olaraq ölkədə baş verən inkişafdan qürur hissi keçirmələrindən,ən əsası bu inkişafın  Konstitusiyamızda, qanunlarımızda  öz əksini tapmasında maraqlı olmalarından irəli gəlir.

M.Kərimov 2009-cu ildə keçirilən referedumdan ötən 7 ildə Azərbaycanın keçdiyi inkişaf yolundan bəhs edərək bildirdi ki,  bütün sahələrdə inkişaf, tərəqqi geniş vüsət alıb. Ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması uğurlarımızın  davamlılığı üçün geniş imkanlar açır. Azərbaycanın demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərilir.  Ölkəmiz hər bir yeniliyin tətbiqində maraqlı olduğunu atdığı addımları ilə təsdiqləyir. Bu yeniliklər sözsüz ki,  ildən-ilə seçki praktikasının, Konstitusiyamızın  təkmilləşməsində də özünü qabarıq şəkildə büruzə verir.  Yeni Azərbaycan Partiyası  modernləşməyə, yeniləşməyə xüsusi önəm verdiyindən Konstiusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklərləbağlı referendumun keçirilməsinə də xüsusi maraq göstərir.

Hazırlıq prosesinin hər bir mərhələsinin  önəm daşıdığını qeyd edən M.Kərimov vurğuladı ki, imzatoplama kampaniyasının belə fəallıq şəraitində keçməsi  ölkə ictimaiyyətinin referendumla bağlı rəyi barədə  aydın təsəvvür yaradır.