YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qəbələdə Gənc Pianoçuların IV Beynəlxalq Müsabiqəsi keçirilir

Heydər Əliyev Fondunun təşkil etdiyi VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 2-dən başlayaraq Gənc Pianoçuların IV Beynəlxalq Müsabiqəsi keçirilir.

“Qafqaz Resorte” otelində təşkil olunan müsabiqədə Rusiya və Azərbaycanın gənc istedadlı pianoçuları mükafatlar uğrunda bacarıqlarını nümayiş etdirirlər. Avqustun 5-dək davam edəcək müsabiqənin münsiflər heyətinin sədri Oksana Yablonskaya, üzvləri Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə, İrina Starodub, Valida Suk, Maryam Malekidir.

İki turdan ibarət olan müsabiqədə I, II və III yerə çıxan pianoçular müvafiq olaraq 5000, 3000 və 2000 ABŞ dolları ilə mükafatlandırılacaq.

 

DİGƏR Xəbərlər Arxiv