YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MDB-nin qərargahında Birlik ölkələri başçılarının Bəyanatının layihəsi razılaşdırılıb

İyulun 20-də Minskdə, MDB İcraiyyə Komitəsində Birliyin iştirakçısı olan ölkələrin başçılarının qurumun 25 illiyi ilə əlaqədar Bəyanatının layihəsinə üzv ölkələrin irad və təkliflərinin nəzərdən keçirilməsi üzrə ekspert qrupunun əlavə iclası keçirilib. Bu barədə MDB-nin Minskdəki qərargahının mətbuat xidmətindən məlumat veriblər.

Ekspertlər MDB-nin iştirakçısı olan dövlətlərin layihə ilə bağlı irad və təkliflərini nəzərə alaraq, Bəyanatın layihəsini tamamlayıb və razılaşdırıblar. İcraiyyə Komitəsinə təklif olunub ki, növbəti iclasında baxılması üçün sənədi müəyyən edilmiş qaydada MDB Dövlət Başçıları Şurasına təqdim etsin.

Ekspert qrupunun iclasının materialları Birlik ölkələrinə göndəriləcək.