YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyasının İcra Katibliyində 22 iyul Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib

Bu gün Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında 22 iyul Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov çıxış edərək Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib. Cəmiyyətdə mətbuatın rolunun müstəsna əhəmiyyət kəsb etdiyini deyən S.Novruzov hər bir vətəndaşın məhz mətbuat vasitəsilə informasiya əldə etdiyini bildirib. Azərbaycanda mətbuata dövlət səviyyəsində yüksək qayğı göstərildiyini deyən YAP İcra katibinin müavininin sözlərinə görə, müstəqil ölkəmizdə mətbuatın inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. «Ümummilli lider Heydər Əliyev hər zaman mətbuata və onun nümayəndələrinə qayğı ilə yanaşıb. Ulu öndərimiz mətuatın problemləri ilə əlaqədar bir sıra fərman və sərəncamlar imzalayıb. Eləcə də, vaxtaşırı olaraq mətbuat nümayəndələri ilə görüşüb. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətin bu gün milli mətbuatın inkişafı üçün atdığı addımlar göz önündədir»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.

Azərbaycanın müharibə şəraitində olduğunu xatırladan S.Novruzov torpaqlarımızın bir hissəsinin işğal olunduğunu, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtmaq arzusunda olduğunu qeyd edib. O, qeyd edib ki, bu mənada mətbuatımız Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından böyük rol oynayır. Ümumiyyətlə, KİV-in dünyada aparıcı rolunu qeyd edən YAP İcra katibinin müavini  bildirib ki, müasir dövrdə informasiya amili mühüm önəm kəsb edir və dünyada bu faktor daha da güclənməkdədir. O xatırladaıb ki, Türkiyədə dövlət çevrilişinə cəhd zamanı mətbuat dövlətçilik maraqlarından çıxış etdi: «Hələ 1994-cü ildə Azərbaycanda da dövlət çevrilişinə cəhd zamanı Ulu öndər Heydər Əliyev mətbuat vasitəsilə xalqa müracitə etdi və xalqla Ulu öndərin birliyi nəticəsində həmin cəhdin qarşısı qətiyyətlə alındı».

S.Novruzov bildirib ki, Yeni Azərbaycan Partiyası kütləvi informasiya vasitələri ilə əməkdaşlığa böyük önəm verir. YAP-ın fəaliyyətini mətbuatda geniş işıqlandırıldığını vurğulayan S.Novruzov bu dəstəyə görə mətbuat nümayəndələrinə təşəkkür edib. O qeyd edib ki, ölkədə keçirilən bütün seçkilər zamanı da YAP mətbuatın imkanlarından geniş istifadə edir. S.Novruzov hazırda Konstitusiya Məhkəməsinin Azərbaycan Konstitusiyasına dəyişikliklərlə əlaqədar Refendum Aktı layihəsinə müsbət rəy verəcəyinə inamını ifadə edib və qeyd edib ki, bu məsələ əlaqədar KİV fəallıq göstərəcəyinə inam böyükdür.

Dünyada və regionda mürəkkəb proseslərin baş verdiyini xatırladan YAP İcra katibinin müavini belə bir şəraitdə Azərbaycan mətbuatının mütləq əksəriyyətinin milli maraqlardan çıxış etdiyini və Prezident İlham Əliyevin siyasətini dəstəklədiyini vurğulayıb. Hər il 22 iyul Milli Mətbuat Gününün ölkəmizdə ümumxalq bayramı səviyyəsində qeyd olunduğunu deyən YAP İcra katibinin müavini partiyanın bundan sonra da KİV-lə fəal əməkdaşlıq edəcəyini söyləyib.

Sonda tədbirdə iştirak edən jurnalistlərə YAP tərəfindən mükafatlar təqdim olunub.