YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Məsimli: İxrac məhsullarının istehsalının genişləndirilməsi üçün xeyli işlər görülür

«Həm dünya iqtisadiyyatında gedən proseslər, həm də qısa müddət ərzində neftin qiymətinin kəskin aşağı düşməsi bir sıra ölkələrin iqtisadiyyatına mənfi təsirləri ilə yadda qalıb». Bu fikri Milli Məclisin deputatı Əli Məsimli deyib.

Ə.Məsimli bildirib ki, ümumi daxili məhsul istehsalı ölkə iqtisadiyyatının sosial-iqtisadi göstəricilərinin bir məcmusu olduğuna görə, bütün sahələrə ös təsirini göstərib. Onun sözlərinə görə, əgər müqayisəli təhlil aparsaq görərik ki, bu situasiya Azərbaycan üçün əsaslı sürətdə təhlil olunub.

«2016-cı ilin əvvəllərindən başlayaraq mənfi tendensiyaların qarşısının alınması istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Həmin təhlillər də cari ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə dair ölkə Prezidentinin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında səsləndirilib. Əsas məsələ yaranmış vəziyyətdən az itki ilə çıxmaqdır. Bunun üçün ilk növbədə idxal azaldılmalı və ixrac yönümlü məhsulların ölkədə istehsalı genişləndirilməlidir. Hazırda bu istiqamətdə xeyli işlər görülür, stimullaşdırıcı tədbirləri özündə ehtiva edən bir sıra qanunvericilik ssenarilərindən ibarət paketlər Milli Məclisə göndərilərək müzakirələrdən sonra qəbul olunur, Prezidentin imzasından sonra isə bu dəyişikliklər qüvvəyə minir. Bu qanunvericilik təşəbbüsləri içərisində sahibkarlığa dəstəyin artırılması və iş adamlarının qarşısında duran maneələrin aradan qaldırılması sahəsində atılan addımlar mühüm əhəmiyyət kəsb edir. Bu mənada, sahibkarlıq müəssisələrində yoxlamaların sayının azaldılmasını qeyd etmək olar. Lisenziyaların alınmasının sadələşdirilməsi istiqamətində atılan addımlar da sahibkarlığın inkişafı, iş adamlarına qarşı yaradılan süni maneələrin aradan qaldırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Yeni iş yerlərinin açılması istiqamətində atılan addımlar da müsbətdir. Burada həm dövlət başçısının tapşırığı ilə kütləvi sürətdə ixtisarlar edilməsinin qarşısının alınması, həm də təkcə dövlət sektorunda yox, özəl sektorda da müəyyən dərəcədə buna diqqət edilməsi mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, ayrı-ayrı bölgələrdə imkan verən sahələrdə həm müvəqqəti, həm də daimi iş yerlərinin açılması istiqamətində atılan addımları vacib hesab edirəm»- deyə, deputat qeyd edib.