YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sosial xidmət müəssisələrində 1050 nəfər tam dövlət təminatında yaşayır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət müəssisələrində 1050 nəfər tam dövlət təminatında yaşayır.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, həmin şəxslərdən 316-sı sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardır. Onlar nazirliyin 1 və 2 saylı sosial xidmət müəssisələrində yaşayırlar. Nazirliyin aidiyyəti psixonevroloji internat evlərində isə 18 yaşından yuxarı ruhi-əsəb əlilləri olan 515 nəfər yerləşdirilib. ƏƏSMN-in Müharibə və Əmək Əlilləri üçün Pansionatında yaşayan ahılların sayı isə 219 nəfər təşkil edir.

Azərbaycan Prezidenti İlham Əliyevin sosial cəhətdən həssas qruplardan olan insanlara diqqət və qayğısı sosial xidmət müəssisələrində dövlət himayəsində yaşayan şəxslərin hərtərəfli təminatlarının gücləndirilməsinə də şərait yaradıb. Son illərdə bu müəssisələrdə müasir tələblərə uyğun şəraitin yaradılması üçün əsaslı təmir və yenidənqurma işləri aparılıb. Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində, pansionatda və digər müəssisələrdə nümunəvi yaşayış və reabilitasiya şəraiti yaradılıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Bu müəssisələrdə yaşayan şəxslərin doğma ailə mühitinə qayıtmaları üçün müvafiq tədbirlər də həyata keçirilir. Cari ilin ötən dövründə görülən tədbirlər nəticəsində keçən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz çox, yəni 37 nəfərin sosial xidmət müəssisələrindən doğma ailə mühitinə qayıtmaları təmin olunub. Onlardan 18 nəfəri sağlamlıq imkanları məhdud uşaqlar təşkil edib.