YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mikayıl Cabbarov: İmtahanların nəticələrində davamlı olaraq müsbət dəyişikliklər müşahidə edilir

"Əsas məqsəd son illərdə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın çərçivəsində təhsil sistemində hesabatlığın artırılması siyasətini həyata keçirməkdir». Bu fikri təhsil naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarov bildirib ki, son 3 ildə ümumi təhsil pilləsində istər buraxılış, istərsə də ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrində davamlı olaraq  müsbət dəyişikliklər müşahidə edilir. Onun sözlərinə görə, builki buraxılış imtahanlarında müsbət dinamika var.

«Təhsilin  inkişafı ölkəmizin tərəqqisi baxımdan vacib amildir. Buna görə də, ölkə rəhbərliyi tərəfindən qarşıya mühüm  vəzifələr qoyulub. Bu vəzifələrin layiqincə uğurla yerinə yetiriləcəyinə inanırıq»- deyə, nazir vurğulayıb.