YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Silahlı Qüvvələrinin təliminin növbəti mərhələsi keçirilir

Azərbaycan Silahlı Qüvvələrinin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq, iyunun 19-dan başlanan operativ-taktiki təlimlər davam edir.

İyunun 22-də cəbhə boyu ərazilərdə təlimlərin növbəti - döyüş atışlı mərhələsi başlayıb.

Təlimdən əvvəl nazirliyin rəhbərliyi ilə birlik, birləşmə, hərbi hissə və qərargah rəhbərləri ilə görüş keçirilib.

İyunun 24-dək davam edəcək təlimlərə 25 min nəfərədək şəxsi heyət, 300-də çox tank və zirehli döyüş maşını, 100-dən artıq raket və artilleriya qurğusu, 40-dək hərbi aviasiya və 30-dan çox hava hücumundan müdafiə sistemləri cəlb olunub.