YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın və İsveçrənin sərhəd xidmətləri arasında yaxın əməkdaşlıq əlaqələri mövcuddur

İyunun 14-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan İsveçrə Sərhəd Mühafizə Korpusunun rəisi, briqada generalı Yurq Not ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə tərəflər arasında sərhəd mühafizəsi sistemində əlaqələrin daha da möhkəmləndirilməsi, birgə əməkdaşlıq üzrə hüquqi bazanın təkmilləşdirilməsi və mütəmadi təcrübə mübadiləsinin təşkili istiqamətində müzakirələr aparılıb. Avropanın ən inkişaf etmiş ölkələrindən olan İsveçrə ilə Azərbaycanın sərhəd xidmətləri arasında yaxın əməkdaşlıq münasibətlərindən məmnunluq bildirən hər iki tərəf vurğulayıb ki, transsərhəd cinayətkarlıqla mübarizə, xüsusən qeyri-leqal miqrasiya, narkotik maddələrin qaçaqmalçılığı və digər qanunsuz fəaliyyətlərin qarşısının alınması üçün koordinasiyalı fəaliyyət günün tələbidir.

Söhbət zamanı Azərbaycanın Baş naziri Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın bir hissəsinin işğal edildiyi və bir milyondan çox soydaşımızın doğma yurd-yuvasından didərgin düşdüyü barədə məlumat verib, münaqişənin həlli prosesində bəzən müşahidə olunan ikili standartların mövcudluğunu təəssüflə qeyd edib.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyevin də iştirak etdiyi görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

DİGƏR Xəbərlər Arxiv