YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Hüseynli: Dünya Azərbaycanlılarının IV Qurultayı ölkəmizin və xalqımızın həyatında əlamətdar hadisədir

«Dünya Azərbaycanlılarının IV Qurultayı ölkəmizin və xalqımızın həyatında əlamətdar hadisədir». Bu fikri yap.org.az saytına Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Ə.Hüseynli bildirib ki, artıq dünya ölkələrində diaspor təşkilatlarımız sistemli fəaliyyət göstərir. Onun sözlərinə görə, Azərbaycan diasporu istənilən məsələdə dövlətimizin dəstəyini hiss edir.

«Deputat olaraq xarici səfərlər zamanı diaspor nümayəndələri ilə görüşürük. Mən diaspor təşkilatlarımızın gələcəyi ilə bağlı optismistəm. Çünki artıq sistemli diaspor görürük. Uzun illər xaricdə yaşayan azərbaycanılılardan tutmuş, təhsil alan tələbələrə qədər hamı dövlətimizi layiqincə təmsil etməyə çalışır. Onların hamısının məqsədi Azərbaycan dövlətini  güclü görməkdir. Xaricdə yaşayan soydaşlarımız Azərbaycana doğma evləri kimi baxırlar. Onlar istənilən bir məsələ ilə bağlı dövlətimizin dəstəyini görürlər. Soydaşlarımıza qarşı hər hansı addım atılarkən ilk növbədə diaspor nümayəndələri kömək edirlər. Onlar da dövlətiin dəstəyinə güvənirlər. Bir sözlə, bütün ölkələrdə diaspor təşkilatlarımızın sistemli fəaliyyət mexanizmi mövcuddur. Bunu müsbət hal kimi qiymətləndirmək lazımdır. Prezident İlham Əliyev qurultayda çıxışı zamanı uğurlarla yanaşı qarşıda duran vəzifələrdən də ətraflı danışdı. Dövlət başçısı vurğuladı ki, indiki dövrdə xarici kütləvi informasiya vasitələri ilə işləmək önəmlidir. Eyni zamanda, azərbaycanlılar yaşadıqları ölkənin dövlət idarəçiliyində təmsil olunmaq üçün çalışmalıdırlar. Yəni xaricdə  KİV-ə və siyasətə investisiya qoymaq lazımdır. Bu, artıq diasporumuz üçün yeni mərhələdir. Əminəm ki, Azərbaycan diasporu bu işin öhdəsindən gələ biləcək»- deyə, Ə.Hüseynli vurğulayıb.