YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Azərbaycan demokratik dəyər və təsisatların təşəkkül tapdığı müasir hüquqi dövlətdir

«Azərbaycanda humanizm siyasətinin təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli lider hər zaman mərhəmət, insanpərvərlik dəyərlərinə böyük önəm verib və bunu Öz fəaliyyətində daim diqqət mərkəzində saxlayıb. Ümummilli lider Heydər Əliyev məhkumların bağışlanması ənənəsini formalaşdırmaqla onlara etimad göstərdiyini sübuta yetirirdi». Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, buradan da əfv sərəncamlarının, amnistiya aktlarının əxlaqi, mənəvi-psixoloji, ictimai faydası özünü təsdiq edir. Onun sözlərinə görə, humanizm siyasətinin əsas məqsədlərindən birini də cəmiyyətə yararlı fərdlərin yetişdirilməsi və onların reabilitasiyası təşkil edir.

«Bunun üçün dövlət tərəfindən olduqca yüksək səviyyədə dəyərləndirilən ən müxtəlif addımlar atılıb və hazırda da bu istiqamətdə davamlı tədbirlər görülür. Bunlardan birini də, qeyd etdiyim kimi, azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin əfv edilməsi ilə bağlı dövlət başçısı tərəfindən imzalanan əfv haqqında sərəncamlar, həmçinin amnistiya aktlarının qəbul olunması təşkil edir. Azərbaycan demokratik dəyər və təsisatların təşəkkül tapdığı müasir hüquqi dövlətdir. Ölkəmizdə daxili siyasət kursunun mühüm istiqamətlərindən birini demokratik təsisatların təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi təşkil edir. Öz növbəsində, ölkəmizdə insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunması, hər bir fərdə sosial münasibətlər sistemində iştirak etmək üçün əlverişli şəraitin yaradılması dövlət quruculuğu prosesinin humanist səciyyəli prioritet istiqamətlərindən birini təşkil edir. Bu isə, nəticə etibarilə, çoxşaxəli humanizm siyasətinin həyata keçirilməsini şərtləndirən başlıca amillərdəndir»- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.