YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şamil Ayrım: Prezident İlham Əliyevin cəbhə bölgəsinə səfəri dünya azərbaycanlıları tərəfindən rəğbətlə qarşılanıb

Prezident İlham Əliyevin cəbhə bölgəsinə səfəri dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar tərəfindən rəğbətlə qarşılanıb.

Bu fikri AZƏRTAC-a müsahibəsində Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədr müavini, Türkiyə parlamentinin sabiq deputatı Şamil Ayrım bildirib. O qeyd edib ki, Azərbaycan Ordusunun qüdrətlənməsi bölgədə sülhün və əmin-əmanlığın təmin olunmasına zəmanət verir. Aprelin əvvəllərində təcavüzkar Ermənistanın işğalçı hərbi qüvvələrinin hücumlarının Ordumuz tərəfindən dəf edilməsindən qürur duyduq. Ağır məğlubiyyətə uğrayan ermənilər indi bölgədəki dinc azərbaycanlılara qarşı təxribatlar törədirlər. Bu, bir daha göstərdi ki, Ordumuzun qüdrətlənməsi Azərbaycanın təhlükəsizliyinin yeganə yoludur. Xarici ölkələrdə yaşayan Azərbaycan əsilli insanlar olaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan uğurları sonsuz sevinclə qarşılayırıq. Azərbaycan - Türkiyə qardaşlığının sarsılmazlığı uğurlarımızı bundan sonra daha da artıracaqdır.