YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mehriban Əliyeva: Bakıdakı Qlobal Forum konstruktiv dialoqa və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə dəyərli töhfə verəcək

Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu konstruktiv dialoqa və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə dəyərli töhfə verəcək. Trend-in məlumatına görə, bunu forumda çıxış edən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva deyib.

Azərbaycanın birinci xanımı forum iştirakçılarını salamlayıb.

Mehriban Əliyeva deyib: "Hər şeydən əvvəl, icazə verin, BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun iştirakçılarını salamlayım və xoşbəxtlik, möhkəm cansağlığı və böyük uğurlar arzulayım. Belə əhəmiyyətli tədbiri keçirmək bizim üçün böyük fəxrdir və hesab edirəm ki, bu forum konstruktiv dialoqa və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə dəyərli töhfə verəcək".

Azərbaycanın birinci xanımı, həmçinin ümid etdiyini bildirib ki, qonaqlar Bakının görməli yerlərinə baxmaq, onun mədəniyyəti barədə öyrənmək, onun qonaqpərvərlik və xeyirxahlıq ab-havasını hiss etmək imkanı tapacaqlar.