YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əl-Tüveyrci: Azərbaycan mədəniyyətlər arasında dialoqu uğurla inkişaf etdirir

Azərbaycan beynəlxalq arenada mədəniyyətlər arasında dialoqu inkişaf etdirən, sülh və təhlükəsizlik naminə çalışan böyük iştirakçı dövlətdir.

Bunu Bakıda jurnalistlərə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) baş katibi Əbdüləziz bin Osman əl-Tüveyrci deyib.

Onun sözlərinə görə, Azərbaycan tolerantlıq, müxtəlif mədəniyyət və xalqların sülh şəraitində birgəyaşayışı ideyalarını inkişaf etdirməyə kömək edir.

Baş katib düşünür ki, Azərbaycan bu imici rəhbərliyin müdrik fəaliyyəti sayəsində qazanıb: "Bakı mühüm tədbirlərin, konfrans və forumların keçirilməsi üçün platformaya çevirlib".