YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aleksandras Brokas: BMT-nin Sivilizasiyalar Alyansının Bakı Forumunun Azərbaycanda keçirilməsi çox əhəmiyyətli bir qərardır

BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu Avropanın Qafqaz-Xəzər regionunda yerləşən Azərbaycanın inkişaf və həyatsevərlik təzahürü, siyasi mədəniyyət axtarışlarının və xoş məramın təsdiqi oldu.

Forumun iştirakçısı, Litva dövlətinin təmsilçisi Aleksandras Brokas bu sözləri AZƏRTAC-ın müxbirinə müsahibəsində söyləyib.

“Azərbaycan paytaxtı tərəqqi, inkişaf və nikbinlik nümunəsidir. BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Azərbaycanda keçirilməsi çox əhəmiyyətli bir qərardır. Forum çərçivəsində dünyanın çoxsaylı ölkələrindən nüfuzlu siyasətçilər, alimlər, ictimai-siyasi xadimlər, elm, mədəniyyət adamları bir araya gəlirlər. Forum müxtəlif ideyaların bölüşdürülməsi, təkliflərin irəli sürülməsi baxımından XXI əsrin böyük bir platformasına çevrilib”, - deyə Aleksandras Brokas bildirib.