YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mövlud Çavuşoğlu: Azərbaycanın uğurları Türkiyəni sevindirir

BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu Bakıda yüksək səviyyədə keçirilir. Bunu bu gün jurnalistlərə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, bütün iştirakçılar dəfələrlə forumun keçirilməsi ilə bağlı məmnunluqlarını ifadə etdilər: "Belə bir mühüm qlobal forumun uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edirəm".

Nazir əlavə edib ki, Azərbaycan son illər beynəlxalq forumları yüksək səviyyədə təşkil edir və təbii ki, Azərbaycanın uğurları Türkiyəni sevindirir.