YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İspaniyalı nazir: BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi təbiidir

BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılışında çıxış edən İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsia Marqallo tədbirin yüksək səviyyədə təşkil olunduğunu bildirib, buna görə Prezident İlham Əliyevə minnətdarlıq edib.

Bakının böyük İpək Yolu üzərində yerləşməklə əsrlər boyu ideyalar mübadiləsi və ticarət mərkəzi rolunu oynadığını deyən nazir bu baxımdan Azərbaycan paytaxtını bütün dövrlərin informasiya mərkəzi kimi xarakterizə edib və bu səbəbdən budəfəki Forumun burada təşkilinin təbii olduğunu vurğulayıb.

“Sivilizasiyaların müxtəlifliyi və çoxmədəniyyətlilik insan üçün danılmaz gücdür”, - deyən İspaniya xarici siyasət idarəsinin rəhbəri terrorizm, ksenofobiya, zorakı ekstremizm kimi təhdidlərin qarşısının alınması ilə bağlı daha geniş tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. O, VII Qlobal Forumun qarşıda duran məqsədlərə nail olmağa böyük dəstək verəcəyinə əminliyini ifadə edib.