YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pakistan Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Səfir Şah Məhəmməd Camalın rəhbərlik etdiyi Pakistan İslam Respublikasının Milli Müdafiə Universitetinin 18 nəfərdən ibarət heyəti Azərbaycana akademik səfərə gəlib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, qonaq heyətin tərkibinə Milli Müdafiə Universitetinin “Milli Təhlükəsizlik və Müharibə kursu”nda təhsil alan Pakistan Silahlı Qüvvələrinin və dövlət qurumlarının, o cümlədən Oman, Bruney və Nigeriya Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri daxildir.

Səfərin əsas məqsədi ölkəmizin tarixi və mədəniyyəti ilə tanışlıqdan, Azərbaycan Respublikasının müdafiə və təhlükəsizlik, iqtisadi, daxili və xarici siyasəti, müstəqillik illərində üzləşdiyi problemlər və əldə etdiyi nailiyyətlər barədə geniş məlumat əldə etməkdən ibarətdir.

Aprelin 25-də qonaqlar Silahlı Qüvvələrin Hərbi Akademiyasını ziyarət edib. Onlar Hərbi Akademiyanın rəisi, general-leytenant Heydər Piriyev tərəfindən qarşılanıb və rəhbərlər arasında ikitərəfli görüş keçirilib.

Daha sonra Silahlı Qüvvələrimiz, onun Hərbi Akademiyası və aprel ayının əvvəllərində qoşunların təmas xəttində baş vermiş hadisələr barədə qonaqlara ətraflı məlumat verilib.

Səfər çərçivəsində nümayəndə heyətinin aprelin 25-dən 28-dək bir sıra nazirliklərdə, dövlət xidmətlərində, agentlik və universitetlərdə görüşləri planlaşdırılıb.