YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Niyazi Səfərov: Sahibkarlığın dəstəklənməsi istiqamətində son illər aparılan islahatlar müsbət nəticələr verir

«Qeyri-neft sektorunun inkişafında yeni mexanizmlər tətbiq olunur. Bu baxımdan, sənaye  zonalarının, parklarının və məhəllələrinin yaradılması əhəmiyyətlidir». Bu fikri iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

N.Səfərov bildirib ki, sahibkarlığın dəstəklənməsi istiqamətində son illər aparılan islahatlar müsbət nəticələr verir. Onun sözlərinə görə, sahibkarlıq sahəsində yoxlamalar 2 il müddətinə dayandırılıb, lisenziya tələb olunan sahibkarlıq fəaliyyəti növləri, rüsumları azaldılıb, lisenziya prosedurları sadələşdirilib.

«Yerli istehsalın dəstəklənməsi ilə əlaqədar qanununvericiliyə müvafiq dəyişikliklər edilib. Kənd təsərrüfatı və emalı məhsullarına ixracla bağlı geri ödəmə və digər dəstəyin verilməsi mexanizminin yaradılması məqsədilə "Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında", iqtisadi fəallığın artırılması, yerli və xarici investisiyaların təşviqi üçün "İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında" normativ aktlar qəbul edilib. "Dövlət satınalmaları haqqında" qanuna edilmiş bir sıra dəyişikliklər nəticəsində tender təkliflərinin qiymətləndirilməsi zamanı yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə tətbiq edilən güzəştin həcmi 15%-dən 20%-ə artırılıb»- deyə, nazir müavini vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv