YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rəcəb Tayyib Ərdoğan: 140-dan çox ölkə Sivilizasiyalar Alyansını dəstəkləyir

140-dan çox ölkə Sivilizasiyalar Alyansını dəstəkləyir.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda çıxış edərkən deyib.

O qeyd edib ki, Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçirilməsi çox vacibdir, çünki Azərbaycan tarixən sivilizasiyaların mərkəzidir.

Türkiyə prezidenti təəssüflə qeyd edib ki, bütün cəhdlərə baxmayaraq dünya artan radikalizm və terrorizmin qarşını hələ də ala bilməyib.

Prezident deyib: "Terror və terrorizmin islamla heç bir əlaqəsi yoxdur. Terrorçuların dini və milli mənsubiyyəti olmur".