YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Azərbaycanda insan hüquqları ölkədə həyata keçirilən siyasətin aparıcı sahələrindəndir

"Azərbaycanda insan hüquqları və onun tərkib hissəsi kimi uşaq hüquqları ən vacib prioritet istiqmətlərdən biri kimi ölkədə həyata keçirilən siyasətin aparıcı sahələrindən sayılır".

Bunu Milli Məclisin vitse spikeri Bahar Muradova Milli Məclisdə UNİCEF ilə birgə "Yetkinlik yaşına çatmayanların ədalət mühakiməsinə dair qanunverciliyin təkmilləşdirilməsi" adlı Dəyirmi masada deyib. /Trend/

B.Muradova bildirib ki, heç təsadüfi deyil ki, ötən əsrin 90-cı illərində Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkədə ilk öncə elə insan hüquqları, uşaq hüquqları ilə bağlı addımların atılmasına başlanıldı: "Azərbaycan dövləti, ali qanunverci orqan olan Milli Məclis insan, eləcə də, uşaq hüquqlarının təmin edilməsi, bu yöndə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində böyük uğurlara nail olub. Ölkəmiz bu yöndə beynəlxalq sazişlərə və konvensiyalara qoşulub, eyni zamanda, özünün milli qanunvericiliyini yaradıb, onu təkmilləşdirib".

Vitse spiker bildirib ki, Azərbaycanda bütün qanunlar qəbul edilməzdən öncə ciddi ekspertizadan keçirilir.

B.Muradova həmçinin əlavə edib ki, Azərbaycan insan hüquqlarının, o cümlədən, uşaq huquqlarının vəziyyəti ilə bağlı açıqlanan hesabatları izləyir və həm tənqidi, həm də müsbət halları nəzərə alır.