YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ANAMA aprelin 7-dən 16-dək partlamamış 136 hərbi sursat zərərsizləşdirib

Aprelin 16-da Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Tərtər, Goranboy, Füzuli və Tovuz rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat təqdim edib.

ANAMA-nın mətbuat xidmətindən  bildiriblər ki, Tərtər rayonunun Qapanlı kəndində 4 ev və həyətyanı sahələrdə 6 partlayış yerinə baxış keçirilib, 122 millimetrlik 1 top mərmisi aşkar olunub.

Ağdam rayonunun Qaradağlı, Goranboy rayonunun Tapqaraqoyunlu kəndlərinin hər birində 4 ev və həyətyani sahələrdə 4 partlayış yerinə, Füzuli rayonunun Horadiz şəhərində və ətrafında 14 partlayış yerinə baxış keçirilib.

Tovuz rayonunun Qədirli kəndində 1 ev və həyətyanı sahəyə baxış keçirilib, 100 millimetrlik partlamamış 84 top mərmisi aşkar edilərək götürülüb.

Həmin gün agentlik tərəfindən 13 ev, 28 partlayış yerinə baxış keçirilib və partlamamış 85 sursat aşkarlanaraq götürülüb.

Ümumilikdə, agentlik tərəfindən aprelin 7-dən 16-dək Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Tovuz və Goranboy rayonlarında 260 ev və həyətyanı sahəyə, 5 ferma və əkin sahələrinə, 2 hərbi hissəyə, 1 kənd qəbiristanlığına, 1 kənd orta məktəbinə baxış keçirilib, partlamamış 136 hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qruplar tərəfindən minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdə evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatlar davam etdirilir.